Azərbaycan basketbolçu qızlardan ibarət U-16 yığması təlim-məşq toplanışı üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Corner.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.
Hazırlıq prosesində qızlarımızın “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Darruşafaka” kimi məhşur klubların qız komandaları ilə yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılır.
22 aprelə qədər davam edəcək təlim-məşq toplanışındakı əsas hədəf 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının C divizionuna hazırlaşmaqdır.