Boks üzrə referilər Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçib. Corner.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.
Hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Nağdıyevlə Quliyevdən öncə Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.