17 dekabr 2025. Çərşənbə

Azərbaycan atletləri İrəvandadır


  • Offside
  • 21:05 13.04.2023
  • Oxunma sayı: 114
Azərbaycan atletləri İrəvandadır
Azərbaycan nümayəndə heyəti Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün artıq İrəvandadır. Corner.az xəbər verir ki, Ermənistan Baş naziri Aparatının rəhbəri Arayik Harutyunyanın sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 12 nəfərdən ibarətdir - onların 4 nəfəri yarışda iştirak edəcək idmançılardır.
 
Xatırladaq ki, Azərbaycanı qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) təmsil edəcək.
 
Aprelin 15-də başlayacaq yarışlar aprelin 23-dək Yerevanda Karen Demirçyan adına konsert-idman kompleksində keçiriləcək.






Offside