28 noyabr 2024. Cümə axşamı

AÇ: Yığmamızın heyətində kimlər var?


  • Offside
  • 16:11 14.04.2023
  • Oxunma sayı: 123
AÇ: Yığmamızın heyətində kimlər var?
Güləş üzrə Azərbaycan milliləri Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatında çıxış edəcək. Corner.az saytı xəbər verir ki, aprelin 17-dən 23-dək baş tutacaq yarışda ölkəmizi təmsil edəcək pəhləvanlar bəlli olub. Qitə birinciliyinə yollanacaq milli komandaların heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri yığma üzvləri ilə görüşüblər.
 
Avropa çempionatında ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) medallar uğrunda yarışacaq.
 
Aprelin 19-21-də qadın güləşçilər xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq) ölkəmizi təmsil edəcəklər. Komandaya baş məşqçi Semyon Çterevin rəhbərliyi edəcək.
 
Yarışın son günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında çıxış edəcəklər.
 
Qeyd edək ki, qitə birinciliyində I-S kateqoriyalı hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaq.






Offside