28 noyabr 2024. Cümə axşamı

İsveçli futbolçuda ölümcül xəstəlik aşkarlandı


  • Offside
  • 17:11 14.04.2023
  • Oxunma sayı: 80
İsveçli futbolçuda ölümcül xəstəlik aşkarlandı
İsveçli futbolçu Yesper Byorkman ciddi bir xəstəlikdən - amiotrofik yanal sklerozdan (ALS) əziyyət çəkir. Corner.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi özü “Helsingborgs Dagblad”a danışıb.
 
"Gefle"nin sabiq futbolçusu ötən ilin dekabrında bu xəstəliyə düçar olduğunu bildirib. O, əvvəlcə sol qolunda zəiflik hiss edib və bunu əvvəllər körpücük sümüyünün zədələnməsi ilə əlaqələndirib. Amma onurğa beyninin müayinəsi zamanı ona ALS diaqnozu qoyulub. Bu xəstəlik sağalmazdır və onun daşıyıcıları simptomların başlanmasından iki-beş il ərzində dünyasını dəyişirlər.
 
Byorkman xəstələyini eşitməsini belə qeyd edib: “Xəstə olduğumu eşidəndə çox ağladım, ölümcül xəstə olduğumu qəbul edə bilmədim. Dəhşətli idi. Psixoloqda olmuşam. Necə olduğumu soruşanlara cavab vermək mənim üçün çətindir. Daim stress keçirirəm. Sanki kabusun içindəyəm. Onunla yaşamağı öyrənməliyəm. Çətin də olsa, gündəlik h






Offside