FİFA İngiltərənin “Lids” klubunu cəzalandırıb. Corner.az xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin vaxtilə sabiq futbolçusu Jan-Kevin Auqustinlə müqaviləni haqsız ləğv etməsi səbəb göstərilib.
Buna görə kluba 24.5 milyon avro cərimə kəsib.
Auqustin “Lids”ə 2020-ci ilin əvvəlində Almaniyanın “Leypsiq” klubundan keçib. Həmin ilin otkyabrında isə Premyer Liqa klubu Haiti əsilli hücumçu ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
Auqustin İngiltərə klubundan ayrılandan sonra ölkəsinə qayıdaraq “Nant”ın uğurları üçün çalışıb. PSJ-nin yetirməsi olan futbolçu 2022-ci ilin yayından İsveçrənin “Bazel” komandasında forma geyinir.