27 oktyabr 2024. Bazar günü

Prezident Kuboku'nun təqvimi açıqlandı


  • Offside
  • 17:47 14.04.2023
  • Oxunma sayı: 99
Prezident Kuboku'nun təqvimi açıqlandı
2023-cü ilin 4-7 may aralığında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Corner.az xəbər verir ki, yarışlardan bir gün öncə, mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq.
 
Reqata mayın 4-də Qarabağın dilbər guşələrindən olan Suqovuşanda start götürəcək. Turnir 5-6 mayda Mingəçevirdə davam edəcək.
 
Turnirin mükafatlandırma mərasimi mayın 7-də Bakı bulvarında təşkil ediləcək.






Offside