17 dekabr 2025. Çərşənbə

Turun son oyununda Zirvə Astara qalib gəldi


  • Offside
  • 19:28 16.04.2023
  • Oxunma sayı: 91
Turun son oyununda Zirvə Astara qalib gəldi
Bu gün Astara Olimpiya İdman Kompleksində Basketbol Liqasının 26-cı turunun bağlanış oyunu baş tutub. Corner.az xəbər verir ki, "Zirvə Astara" doğma divarlar arasında region təmsilçisi "Olimpik Şəki" ilə qarşılaşıb.
 
Oyuna üstün başlayan "Zirvə Astara" rəqibi üzərində 92:82 hesablı qələbə qazanıb.
 
Ən məhsuldar basketbolçular "Zirvə Astara"da Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"də isə Larri Robinson (27 xal, 9 asist) olublar.
 
Xatırladaq ki, 27-ci turun oyunları 19-23 aprel tarixləri aralığında baş tutacaq.






Offside