28 noyabr 2024. Cümə axşamı

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat


  • Offside
  • 19:30 16.04.2023
  • Oxunma sayı: 76
İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib.
 
Corner.az xəbər verir ki, beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin dövlət bayraqları bir neçə hissəyə parçalanmış şəkildə asılıb.
 
Xatırladaq ki, ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu insidentdən sonra Azərbaycan millisi AÇ-dən imtina edərək Bakıya qayıdıb.






Offside