27 oktyabr 2024. Bazar günü

Millinin sabiq futbolçusu vəfat etdi


  • Offside
  • 14:33 17.04.2023
  • Oxunma sayı: 83
Millinin sabiq futbolçusu vəfat etdi
Futbol üzrə Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq hücumçusu Pavel Şkapenko dünyasını dəyişib. Corner.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu 50 yaşında vəfat edib. 
 
Altı mövsüm Kiyev "Dinamo"sunda çıxış edən Pavel altıqat Ukrayna çempionu, üç dəfə Ukrayna kubokunun qalibi olub.
 
Zaporojye futbolunun yetirməsi olan Şkapenko Ukraynanın “Metallurq” (Zaporojye), ÇSKA (Kiyev) klublarında çıxış edib. Daha sonra o, Rusiyaya üz tutaraq bu ölkənin “Uralan”, “Torpedo” (Moskva), “Şinnik” (Yaroslav), “Tom” (Tomsk) və “Kuban” (Krasnodar) klublarının formasını geyinib. O, Ukrayna millisində də 10 oyun keçirib. 
 
Xatırladaq ki, Şkapenkonun 50 illik yubileyi ötən il dekabrın 16-da olub.






Offside