- Offside
- 22:48 26.11.2024
Azərbaycan Cüdo Federasiyası ilk dəfə kişilər arasında ACF turu təşkil edəcək.
Corner.az xəbər verir ki, yarış aprelin 19-da baş tutacaq.
Turda 26 klub, cəmiyyət və idman təşkilatından olan 100-dən çox cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (hamısı 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (hamısı 66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (hamısı 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (hamısı 100 kq) və Camal Qamzatxanov (+100 kq) ACF turunda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 2023-cü ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında birinci yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.