27 oktyabr 2024. Bazar günü

Valon derbisinə damğa vuran boyalı ölü siçovullar


  • Offside
  • 17:28 18.04.2023
  • Oxunma sayı: 77
Valon derbisinə damğa vuran boyalı ölü siçovullar
Belçikanın “Şarlerua” komandasının azarkeşləri derbi zamanı “Standard” fanatlarının üzərinə ölü siçovullar atıblar. Corner.az xəbər verir ki, hadisə Belçika çempionatının 33-cü turu çərçivəsində baş tutan “Standard” – “Şarlerua” matçı zamanı yaşanıb.
 
Qonaq komandanın fanatları bu oyunda ağ kostyum geyinərək özlərini “zərərvericilərlə mübarizə aparan” olaraq adlandırıblar.
 
Baş verən hadisə “Standart” azarkeşləri tərəfindən böyük narazılıqla qarşılanıb. Onlar sosial şəbəkədə ölü siçovulların fotosunu yerləşdirərək, Liqa rəhbərliyini bununla bağlı ciddi şəkildə ölçü götürməyə dəvət ediblər. Onlar heyvanların müdafiəsi ilə məşğul olan müxtəlif təşkilatları da bu çağırışa qoşulmasına səsləyiblər.
 
Xatırladaq ki, “Standard” Valon derbisində “Şarlerua”ya 3:1 hesabı ilə qalib gəlib.






Offside