27 oktyabr 2024. Bazar günü

AÇ: Güləşçilərimiz 2 qızıl, 1 gümüş qazandılar


  • Offside
  • 00:10 19.04.2023
  • Oxunma sayı: 80
AÇ: Güləşçilərimiz 2 qızıl, 1 gümüş qazandılar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycanın sərbəst güləş millisi 3 medal qazanıb. Corner.az saytının məlumatına görə, bir gün əvvəl finala yüksələn pəhləvanlarımızdan ikisi qızıl medal əldə edib.
 
57 kq çəki dərəcəsində Əliabbas Rzazadə karyerasında ilk dəfə qitə birincisi olub. Yığmanın lideri Hacı Əliyev 70 kq çəkidə hamıdan güclü olaraq, 4-cü dəfə Avropa çempionluğunu qazanıb.
 
97 kq çəkidəki təmsilçimiz Maqomedxan Maqomedov isə yalnız finalda rəqibinə məğlub olaraq, gümüş mükafatla kifayətlənib.
 
Qeyd edək ki, sərbəst güləş millimizin daha 4 üzvü sabah medal qazana bilər. Osman Nurmaqomedov (92 kq) finalda türkiyəli Feyzullah Aktürkə rəqib olub. Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda yarışacaqlar. Qadjiyevlə Abakarov təsəlliverici, Meşvildişvili isə bürünc görüşünə çıxacaq.
 






Offside