- Offside
- 23:18 04.02.2026
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Federasiyadan Corner.az-a verilən məlumata görə, yarış aprelin 22-23-də baş tutacaq.
Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.