27 oktyabr 2024. Bazar günü

Azərbaycan və Türkiyə güləşçilərindən qardaşlıq mesajı


  • Offside
  • 15:25 20.04.2023
  • Oxunma sayı: 76
Azərbaycan və Türkiyə güləşçilərindən qardaşlıq mesajı
Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi uğurlu çıxış edib. Corner.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub.
 
Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.
 
Təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti “Zaqreb Arena”da iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.






Offside