- Offside
- 22:48 26.11.2024
Vəkil Nuf bin Əhməd “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldoya qarşı Səudiyyə Ərəbistanı prokurorluğunda iddia qaldırıb. Corner.az xəbər verir ki, buna portuqaliyalı futbolçunun XXV turunda “Əl-Hilal”la oyundan (0:2) sonra nalayiq davranış səbəb olub.
Hüquqşünas, 38 yaşlı forvardı “Messi, Messi!” şüarı səsləndirən azarkeşlərə əllə ədəbsiz jestlə qarşılıq verməkdə ittiham edib.
Nuf bin Əhməd, bu davranışın ictimai şərəfsizlik cinayəti sayıldığını və hadisənin əcnəbi tərəfindən edildiyi təqdirdə həbs və ya deportasiya ilə nəticələnə biləcəyini vurğulayıb.
Ulduz oyunçunun bu davranışı Səudiyyə Ərəbistanının “Action ya Dawri” verilişində də müzakirə olunub.