27 oktyabr 2024. Bazar günü

Bürünc medalın sahibi müəyyənləşdi


  • Offside
  • 17:00 20.04.2023
  • Oxunma sayı: 75
Bürünc medalın sahibi müəyyənləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

Corner.az xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” üçüncü yeri tutub.

Bu komanda əvvəlki iki görüşdə rəqibini müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə məğlub edib.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da bəlli ola bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü məğlub edən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəldiyi təqdirdə, çempion adını qazanacaq.







Offside