Latviya çempionatında 7-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə RFS-i sınağa çəkib. Futbolçularımızın komandası bu oyunda darmadağına üzülüb – 0:5.
Nazim sonadək ehtiyatda qalıb. Ramin isə 46-cı dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.