27 oktyabr 2024. Bazar günü

Nağıyevin komandasına 1 qol bəs etdi


  • Offside
  • 12:40 21.04.2023
  • Oxunma sayı: 66
Nağıyevin komandasına 1 qol bəs etdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv Lvov “Rux”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
“İnqulets” hazırda 25 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.






Offside