5 fevral 2026. Cümə axşamı

Azərbaycan samboçularından AÇ-də 4 medal


  • Offside
  • 17:47 21.04.2023
  • Oxunma sayı: 118
Azərbaycan samboçularından AÇ-də 4 medal
Böyüklərdən ibarət sambo millimiz İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
 
Corner.az Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib.
 
Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.
 
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.






Offside