27 mart 2026. Cümə

Novruzovun komandası yenə məğlub oldu


  • Offside
  • 14:08 23.04.2023
  • Oxunma sayı: 81
Novruzovun komandası yenə məğlub oldu
Litva çempionatında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Panevejis”i qəbul edib. Üç qolun qeydə alındığı oyun “Yonava”nın məğlubiyyəti ilə başa çatıb.
 
Nurlan bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.
 
“Yonava” 7 turdan sonra cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb.






Offside