"Zenit”in sabiq hücumçusu Aleksey Qasilin Sankt-Peterburq klubunun keçmiş çalışdırıcısı Mirça Luçesku barədə xoşagəlməz ifadələr səsləndirib. Corner.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu rumıniyalı mütəxəssisi indiyə qədər klubda çalışan əsas şarlatan olduğunu bildirib.
Qasilin, Luçeskunun 2016-17 mövsümündə rəhbərlik etdiyi “Zenit”də ona çox oyun şansı sözünü versə də, buna əməl etmədiyini vurğulayıb: “Deyə bilərəm ki, Luçesku “Zenit”də çalışmış əsas şarlatandır. “Şalke”dən sonra məndən “Zenit”də qalmağı istədi, çalışdığı ən istedadlı futbolçulardan biri olduğumu, böyüməyə kömək edəcəyinə söz verdi. Amma bütün verdiyi sözlər boşa çıxdı. Mən isə yalnız “Zenit-2”də çıxış edə bildim”.
Qeyd edək ki, hazırda Medialiqada çıxış edən həvəskar komanda olan “Amkal”ın uğurları üçün çalışan Aleksey Qasilin “Zenit”in heyətində cəmi 2 matçda meydanda olub.