Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv digər azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandasını – “İnqulets”i qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb - 0:0.
Mustafayevlə Nağıyev də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıblar. Emil 75-ci dəqiqədə əvəzlənibsə, Dmitri sonadək meydanda olub.
“Aleksandriya” hazırda 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “İnqulets” isə 26 xalla 9-cu sıradadır.