28 noyabr 2024. Cümə axşamı

Sabiq prezidentə 11 il həbs cəzası verildi


  • Offside
  • 14:11 25.04.2023
  • Oxunma sayı: 69
Sabiq prezidentə 11 il həbs cəzası verildi
İspaniyanın “Real Sosyedad” klubunun sabiq prezidenti İnaki Badiola 11 illik həbs cəzasına məhkum edilib. Corner.az xəbər verir ki, buna 58 yaşlı sabiq funksionerin “Twitter”də saxta hesablarla çoxlu təhqir və iftiralarda ittiham olunması səbəb olub.
 
Badiola, saxta hesablarla siyasətçilərin, hakimlərin, jurnalistlərin və media orqanlarının ünvanlarına çoxlu təhqirlər yazaraq, onları müxtəlif iftiralarda ittiham edib. 8 fərqli ittiham üzrə aparılan məhkəmənin yekununda Badiolaya 10 il 8 ay müddətinə həbs cəzası verilib, eyni zamanda da 375 min avro cərimə edilib.
 
Sabiq prezident isə bütün bu ittihamları rədd edib. O, nə saxta hesablar açdığını, nə də mesaj və statuslar yazdığını qəbul etməyib.
 
Xatırladaq ki, Badiola 2007-2009-cu illər aralığında “Real Sosyedad”a rəhbərlik edib.






Offside