Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu - 28-ci turunun açılış oyunu baş tutub.
Corner.az xəbər verir ki, ev sahibi "Sərhədçi" komandası region təmsilçisi "Gəncə" ilə qarşılaşıb.
Oyunun yekununda pley-off mərhələsinə vəsiqəni təmin etmiş gəncəli basketbolçular rəqib üzərində 102:85 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maykl Diqqins (27 xal, 11 ribaund), "Gəncə"dən Kollin Törner (28 xal, 9 asist) olublar.
Son turun qalan görüşləri 26 və 29 apreldə keçiriləcək