Zorlamada təqsirləndirilən “Mançester Siti”nin futbolçusu Benjamin Mendinin işi üzrə məhkəmə iclası təxirə salınıb. Corner.az saytı xəbər verir ki, dinləmə sabah Çesterdə baş tutacaq.
Məhkəmə prosesinin 2-3 həftə davam etməsi gözlənilir. Yanvarda qismən bəraət alan fransız oyunçu İngiltərədə zorlama cəhdində ittiham olunur.
Bundan əvvəl o, irəli sürülən 9 ittihamdan yeddisində - altı zorlama və bir seksual zorakılıq üzrə işlərdə təqsirli bilinməyib. Məhkəmə ötən ilin avqustundan davam etdirilir.
Qeyd edək ki, Mendi əvvəllər bir neçə zorlamada ittiham olunub. İddia edilən bütün cinayətlər 2018-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər onun evində törədilib. “Mançester Siti” buna görə futbolçunu komandadan uzaqlaşdırıb.