27 oktyabr 2024. Bazar günü

Yığmamız bolqarlara məğlub oldu


  • Offside
  • 23:58 25.04.2023
  • Oxunma sayı: 52
Yığmamız bolqarlara məğlub oldu
Aprelin 25-də Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatına start verilib.
 
Corner.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi də ilk matçına çıxıb.
 
Komandamız ilk yarış günündə Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
 
Xatırladaq ki, çempionat aprelin 30-dək davam edəcək. Azərbaycan yığması növbəti matçını Nigeriyaya qarşı keçirəcək.






Offside