Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrədə qalmaqala səbəb olub.
Corner.az saytı xəbər verir ki, 24 yaşlı forvard Super Liqanın XXX turunda “Yanq Boyz”la görüşdə komanda yoldaşı ilə mübahisə edib..
Matçın 67-ci dəqiqəsində meydana daxil olan Dadaşov qarşılaşmanın 78-ci dəqiqəsində qazanılan penaltini vurmaq istəyib. Lakin kapitan Dominik Şmid buna imkan verməyib. Topu Renatın əlindən alan Şmid zərbəni yarımmüdafiəçi Petar Puşiçin vurmasını istəyib.
Buna qəzəblənən Dadaşov kapitanla mübahisəyə girişib, ona etirazını bildirib. Zərbəni isə Puşiç dəqiq yerinə yetirərək, özünün ikinci, komandasının dördüncü qolunu vurub.
“Qrasshoppers”in 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada yığmamızın üzvü 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Renat Dadaşov Super Liqada vurduğu 8 qolla bu mövsüm “Qrasshoppers”in ən məhsuldar iki oyunçusudan biridir. Komanda isə 40 xalla 5-ci pillədə yer alır.