27 mart 2026. Cümə

Azərbaycanlı futbolçuların komandası evdə uduzdu


  • Offside
  • 22:02 29.04.2023
  • Oxunma sayı: 91
Azərbaycanlı futbolçuların komandası evdə uduzdu
Latviya çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə “Auda” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:2.
 
Ramin 90 dəqiqə meydanda olub. Nazim isə 72-ci dəqiqədə meydana buraxılıb. 
 
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
 
Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.






Offside