27 mart 2026. Cümə

Azərbaycan komandası Antalyada çempion oldu


  • Offside
  • 22:05 29.04.2023
  • Oxunma sayı: 196
Azərbaycan komandası Antalyada çempion oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız “Sport Beach Turkiye” turnirində iştirak ediblər.
 
Corner.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.
 
3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü birinci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın üçüncüsü olub.
 
A Liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü dördüncü yeri tutub. 
 
Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyadakı toplanışı davam edir.






Offside