26 oktyabr 2024. Şənbə

Krivotsyuk'lu Daejeon evdə darmadağın oldu


  • Offside
  • 21:44 30.04.2023
  • Oxunma sayı: 64
Krivotsyuk'lu Daejeon evdə darmadağın oldu
Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Jeju Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:3.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Daejeon” hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.






Offside