- Offside
- 20:59 26.10.2024
Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Corner.az-a verilən məlumata görə, para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib.
O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, azərbaycanlı paraatlet Leyla Kərimova bir gün əvvəl Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub.