26 oktyabr 2024. Şənbə

Prezident kuboku - 2023: 20-dək ölkə, 100-dən çox idmançı


  • Offside
  • 14:19 01.05.2023
  • Oxunma sayı: 96
Prezident kuboku - 2023: 20-dək ölkə, 100-dən çox idmançı

Suqovuşan və Mingəçevirdə keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.

Corner.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində olacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri Azərbaycana gələcəklər.







Offside