26 oktyabr 2024. Şənbə

Azərbaycan qılıncoynadanı Seulda 5-ci oldu


  • Offside
  • 20:43 01.05.2023
  • Oxunma sayı: 57
Azərbaycan qılıncoynadanı Seulda 5-ci oldu
Cənubi Koreyanın paytaxtı Seul şəhərində qılıncoynatmanın sablya növü üzrə qran-priyə yekun vurulub. Corner.az xəbər verir ki, qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub.
 
Mübarizəyə əsas mərhələdən başlayan Anna, Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6), çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə yüksəlib. Anna Başta yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə qran-prini qalib başa vuran yunan Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.
 
Digər təmsilçilərimizdən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıb. Səbinə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə cənubi koreyalı Jisu Yuna məğlub olub - 6:15.
Palina isə 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Anna Baştaya uduzub.
 
Valeriya Bolşakova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Səbinə Kərimovaya11:15 hesabı ilə uduzub.






Offside