26 oktyabr 2024. Şənbə

Millimizdən heç-heçə, Türkiyə məğlubiyyətlə başladı


  • Offside
  • 16:15 02.05.2023
  • Oxunma sayı: 72
Millimizdən heç-heçə, Türkiyə məğlubiyyətlə başladı
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan milli komandası turnirə heç-heçə ilə başlayıb. Yığmamız A qrupunun ilk turunda Çexiya seçməsi ilə qarşılaşıb.
 
Bakı Tennis Akademiyasında baş tutan görüşdə qapılara qol vurulmayıb.
 
Bu qrupun ilk matçında Serbiya millisi Gürcüstana minimal hesabla qalib gəlib – 1:0.
 
B qrupunda da iki qarşılaşma baş tutub. Ukrayna Qazaxıstana minimal hesabla uduzubsa, Fransa yığması Cənubi Afrikaya böyük hesabla qalib gəlib.
 
Bu gün turnirdə ikinci oyun günüdür. Bir görüş artıq başa çatıb. B qrupunda yer alan Türkiyə və Ukrayna yığmalarının görüşündə ukraynalılar 3:2 hesablı qələbə qazanıblar.
 
Bu gün B qrupu çərçivəsində Qazaxıstan – Cənubi Afrika və Türkiyə - Fransa matçları da olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.
 
Turnirə mayın 6-da yekun vurulacaq.
 
1 may
 
A qrupu
Azərbaycan – Çexiya 0:0
Serbiya – Gürcüstan 1:0
 
B qrupu
 
Ukrayna – Qazaxıstan 0:1
Fransa – Cənubi Afrika 11:0
 
2 may
 
Türkiyə – Ukrayna 2:3






Offside