26 oktyabr 2024. Şənbə

Qazaxıstan yığması Bakıda darmadağına sevindi


  • Offside
  • 16:19 02.05.2023
  • Oxunma sayı: 71
Qazaxıstan yığması Bakıda darmadağına sevindi
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib. Corner.az xəbər verir ki, B qrupunda yer alan Qazaxıstan və Cənubi Afrika yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.
 
Altı qolun qeydə alındığı bu qarşılaşma qazaxların qələbəsiylə yekunlaşıb – 5:1.
 
Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.
 
Günün ilk iki oyununda Türkiyə Ukraynaya 2:3, İtaliya Gürcüstana 2:4 hesabıyla uduzub.






Offside