27 mart 2026. Cümə

Serbiya və Çexiya yığmalarından Bakıda “sülh"


  • Offside
  • 20:32 02.05.2023
  • Oxunma sayı: 71
Serbiya və Çexiya yığmalarından Bakıda “sülh"
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib. Corner.az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.
 
Dörd qolun qeydə alındığı bu qarşılaşma qalib müəyyənləşməyib – 2:2.
 
Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.
 
Günün əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
 
Türkiyə - Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1






Offside