- Offside
- 22:39 26.03.2026
FİFA prezidenti Canni İnfantino Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransanı hədələyib. Corner.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri qadınlar arasında dünya çempionatının adıçəkilən ölkələrdə yayımlanmayacağını deyib.
İnfantino, həmin ölkələr yayım hüquqlarını almaq təkliflərini təkmilləşdirməli olduqlarını bildirib: "Bu məyusedici təkliflər oyunçuların və dünyanın bütün qadınlarının üzünə bir yumruqdu. Buna önəm vermək FİFA-nın mənəvi və hüquqi öhdəliyidi. Avropa yayımçıları FİFA-ya 1 milyon dollardan 10 milyon dollara qədər təklif ediblər. Halbuki, kişilər arasında keçirilən dünya çempionatı üçün təkliflər 100 milyon dollardan 200 milyon dollara qədər idi".
Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyulun 20-də başlayacaq. Son çempion ABŞ yığmasıdı.