17 dekabr 2025. Çərşənbə

Azərbaycan yığması Antalyada 3-cü oldu


  • Offside
  • 09:20 03.05.2023
  • Oxunma sayı: 113
Azərbaycan yığması Antalyada 3-cü oldu
Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U-20) arasında "Çempionlar" turnirinə yekun vurulub. Corner.az xəbər verir ki, turnirin son günündə Azərbaycanın sərbəst güləşçiləri daha 2 medal qazanıblar.
 
Ramik Heybətov (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əkbər Vəliyev (74 kq) isə bürünc medal qazanıb.
 
Xatırladaq ki, azərbaycanlı güləşçilər əvvəlki günlərdə 8 medal (2 qızıl, 2 gümüş və 4 bürünc) qazanmışdılar.
 
Beləliklə, 10 medal əldə edən Azərbaycan yığması 140 xalla komanda hesabında 3-cü yeri tutub.






Offside