17 dekabr 2025. Çərşənbə

Rəqibin üzünə tüpürən futbolçu üçün mövsüm başa çatdı


  • Offside
  • 09:23 03.05.2023
  • Oxunma sayı: 124
Rəqibin üzünə tüpürən futbolçu üçün mövsüm başa çatdı
"Əl-İttihad”ın müdafiəçisi Zakaria əl-Havsavi Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl-Şəbab”la oyununda (2:1) rəqibə tüpürdüyünə görə cəzalanıb. Corner.az xəbər verir ki, görüşün əlavə olunmuş vaxtında rəqibin yarımmüdafiəçisi Qrzeqorz Krıxovyaka tüpürən 22 yaşlı oyunçu meydandan qovulub.
 
Qərara əsasən, Zakaria mövsümün qalan hissəsini buraxacaq. Eyni zamanda klubu 16 min dollar məbləğində cərimə ödəyəcək.
 
"Əl-İttihad" 14 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı çempionu ola bilər. Klub 24 matçda 59 xalla ölkə çempionatına başçılıq edir və ikinci yerdə qərarlaşan “Əl-Nəsr”i 3 xal qabaqlayır.






Offside