Azərbaycanın bədii gimnastları Dünya kubokunda iştirak etmək üçün Portuqaliya yola düşüblər. Corner.az xəbər verir ki, Portimao şəhərində təşkil olunacaq “Challenge” seriyasına aid yarışda 8 idmançımız mübarizə aparacaq.
Yığmamızın üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.