26 oktyabr 2024. Şənbə

Paraatletlərimizdən Almaniyada daha iki medal


  • Offside
  • 19:32 03.05.2023
  • Oxunma sayı: 69
Paraatletlərimizdən Almaniyada daha iki medal
Azərbaycan komandası Almaniyanın Hannover şəhərində paralimpiyaçılar arasında keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə daha iki medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Corner.az-a bildiriblər ki, yığma komandamızın üzvü Kamran Zeynalov tapançadan 50 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib olub.
Komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) tapançadan 50 metr məsafəyə atəşaçmada üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.





Offside