Güllə atıcılığı üzrə milli komandamızdan daha 2 medal
-
Offside
-
21:39 03.05.2023
-
Oxunma sayı: 65
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə milli komandasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.Corner.az xəbər verir ki, odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov ikinci yeri, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında 3-cü pilləni tutub.Xatırladaq ki, turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır.Azərbaycan təmsilçilərindən Aybəniz Babayeva 10 m, Yelena Taranova 10 m və 25 m, Rafiq Əliyev 25 m, Kamran Əliyev isə 50 m məsafəyə atışda mundiala vəsiqə əldə ediblər.