Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, yığmamız A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Vüsal İsayev (3) və Pərviz Qaraxanov (23) fərqlənib.
Milli komandamız bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.
Mayın 6-da başa çatacaq turnirdə qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.