26 oktyabr 2024. Şənbə

Azərbaycanlı futbolçular üçün 3 qol, 1 xal


  • Offside
  • 00:03 04.05.2023
  • Oxunma sayı: 59
Azərbaycanlı futbolçular üçün 3 qol, 1 xal
Latviya çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə “Tukums 2000”i qəbul edib. Futbolçularımızın komandası meydandan heç-heçə ilə ayrılıb - 3:3.
 
Start heyətdə meydana çıxan Ramin 59-cu dəqiqədə əvəzlənib. Nazim isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında çıxış edirlər.
 
Futbolçularımızın komandası hazırda 6 xalla 10 iştirakçı arasında 9-cu pillədə yer alıb.






Offside