“Bakı”nın keçmiş futbolçusu Koke Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan cinayət qrupunu yaratdığı üçün 6 il müddətinə həbs olunub. Corner.az xəbər verir ki, bu iş üzrə məhkəmə 40 yaşlı sabiq oyunçuya hökm oxuyub.
İspaniya prokurorları onun təşkilata rəhbərlik etdiyini əsas gətirərək, 16 illik həbsini tələb ediblər. Koke cinayətkar qrup dəstəsi yaratdığını etiraf edib.
Onunla yanaşı, qardaşı da daxil olmaqla, daha 17 nəfər həbs edilib.
Koke ilk dəfə 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs olunub. Sonra o, bir il səkkiz ay həbsdə yatıb və 2021-ci ilin iyulunda 15 min avroluq girov ödədikdən sonra şərti azadlığa buraxılıb.
Qeyd edək ki, əsl adı Serxio Kontreras Pardo olan keçmiş futbolçu 2012-ci ilin ilk 6 ayını Azərbaycanda “Bakı”nın heyətində keçirib. “Malaqa”nın yetirməsi karyerası ərzində “Marsel”, “Sportinq”, “Rayo Valyekano” kimi klubların da formasını geyinib.