26 oktyabr 2024. Şənbə

Azərbaycan millisi qrup üçüncüsü oldu


  • Offside
  • 21:19 04.05.2023
  • Oxunma sayı: 78
Azərbaycan millisi qrup üçüncüsü oldu
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində dördüncü oyun gününə yekun vurulub. Corner.az xəbər verir ki, A qrupu çərçivəsində İtaliya və Çexiya yığmaları üz-üzə gəliblər.
 
Bakı Tennis Akademiyasındakı görüş Çexiyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qrup mərhələsinin son oyunu isə Azərbaycan və Serbiya yığmaları arasında baş tutub. Bu oyunda qapılara vurulmayıb. Nəticədə yığmamız qrupu 8 xalla üçüncü pillədə tamamlayıb.
 
Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.
 
Qrup mərhələsinin yekununda qruplardakı xal durumu belə olub:
 
A qrupu: Serbiya – 8. Çexiya – 8. Azərbaycan – 8. Gürcüstan – 3. İtaliya – 0.
 
B qrupu: Qazaxıstan – 9. Fransa – 7. Ukrayna – 7. Türkiyə – 6. Cənubi Afrika – 0.






Offside