27 mart 2026. Cümə

Millimiz Türkiyə yığmasına yenə məğlub oldu


  • Offside
  • 23:06 04.05.2023
  • Oxunma sayı: 163
Millimiz Türkiyə yığmasına yenə məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
 
Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib.
 
Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək.
 
Xatırladaq ki, ötən gün baş tutan ilk oyunda da meydan sahibləri 4:3 hesabıyla qalib gəlmişdilər.






Offside