27 mart 2026. Cümə

FIDE-nın prezidenti Bakı Kristal Zalında olub


  • Offside
  • 11:56 05.05.2023
  • Oxunma sayı: 102
FIDE-nın prezidenti Bakı Kristal Zalında olub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub.

Corner.az xəbər verir ki, FIDE rəhbəri yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.

Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.







Offside