Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bütün yarımfinalçılar bilinib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin ardından Çexiya da pley-off görüşündən üzüağ çıxıb.
Adıçəkilən komanda pley-offda Ukrayna üzərində 4:1 hesablı qələbə qazanıb. Günün ilk duelində isə yığmamız Fransanı 3:2 hesabı ilə üstələmişdi.
Bununla da Çexiya yarımfinalda Qazaxıstana, Azərbaycan millisi isə Serbiyaya rəqib olub. Hər iki qarşılaşma axşam saatlarında keçiriləcək.
Qeyd edək ki, yarımfinala qədər irəliləyən 4 komandadan 3-ü turnirin A qrupundan çıxıb. Bunlar Azərbaycan, Serbiya və Çexiyadı.